İlham Əliyev Şuşada dahi şəxsiyyətlərin büstlərinin açılışını keçirib - FOTO

OXUNUB: 472 index-manşet SİYASƏT

Şuşada Azərbaycanın görkəmli bəstəkar, alim və ictimai xadimlərinin büstü qoyulub.

Belə ki, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olan zaman dahi şəxsiyyətlərin büstlərinin açılışında iştirak ediblər. 

 

Şuşada bəstəkar, musiqişünas-alim Üzeyir Hacıbəyovun, XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın və dahi müğənni Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) büstü ucaldılıb.

 

RƏYLƏR