İlham Əliyevin yüksək vəzifə verdiyi şəxs kimdir?

OXUNUB: 77 MARAQLI

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Vilayət Məmməd oğlu Vəliyevi Azərbaycan Texniki Universitetinin rektoru təyin edib.

İcmal.Az xəbər verir ki, V. Vəliyev iqtisad elmləri doktoru, professor və əməkdar elm xadimidir. Rektor təyin olunduğu ana qədər o, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru olub.

Həmçinin, Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə Vitse prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədridir.

V. Vəliyev 1960-cı ildə anadan olub. 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib, 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini bitirib.

1985-1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil alıb.

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, "Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb;

1994-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildəİdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə Vitse prezidenti seçilib.

1983-2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlib.

2003-2011-ci illərdə (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda (AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra) "Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi” şöbəsinin müdiri işləyib.

V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. 

Ailəlidir, iki övladı var.

RƏYLƏR