Çilidə aksiyalara görə fövqəladə vəziyyət elan edilib

OXUNUB: 551 DÜNYA
Çili Prezidenti Sebastyan Pinyera ölkədə 15 gün müddətinə fövqəladə vəziyyət elan edib. İCMAL.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, buna paytaxt Santyaqoda metroda gediş haqlarının qaldırılmasından sonra baş vermiş iğtişaşlar səbəb olub. Belə ki, metroda gediş haqlarının qaldırılmasına etiraz edən sakinlər metro stansiyalarının turniketlərini və şüşələrini sındırıblar. Polislə aksiyaçılar arasında qarşıdurma yaranıb, polis göz yaşardıcı qazdan istifadə etməklə zorakılıq törədənlərə müdaxilə edib. Baş verən iğtişaşlar zamanı 1 nəfər xəsarət alıb. Prezident S. Pinyera tariflərin yenidən nəzərdən keçiriləcəyini bəyan edib.

RƏYLƏR