Çilili deputatlar Ermənistanın təcavüzkar siyasətini qınadı

OXUNUB: 724 SİYASƏT

Çili Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun rəhbəri, Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının üzvü Qabriel Silber və qrupun digər üzvü Daniel Farkas tərəfindən Çii Respublikasındakı Səfirliyimizə Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub ünvanlanıb.

Bu barədə İcmal.Az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. 

"Ermənistan Silahlı Qüvvələri tərəfindən Alxanlı kəndində ölkənizin vətəndaşlarına qarşı yeni bir hücumun baş verdiyi barədə üzücü məıumatı aldım. Həlak olmuş Quliyeva Sahibə və onun nəvəsi Quliyeva Zəhranın ailəsinə başsağlığımı ifadə edir, yaralanan xanım Quliyeva Sərvinazın tezliklə öz sağlamlığına qovuşmasını diləyirəm. 

Törədilmiş bu insanlıqdan kənar aktları tamamilə rədd etdiyimi sizə bildirirəm. Çünki heç bir şey mülki əhaliyə qarşı bu ifrat zorakılıq aktlarına haqq qazandırmır. Ümid edirəm ki, törədilən bu aktlar müvafiq beynəlxalq konvensiyalar çərçivəsində nəzərdən keçiriləcəkdir.

Hökumətinizin Azərbaycan ərazilərində erməni qoşunlarının mövcudluğuna qarşı edilən çağırışına qoşulur və ümid edirəm ki, tezliklə beynəlxalq hüquq üstün olacaq və ölkənizdə sülh bərpa olunacaq”, - məktubda bildirilir.

 

RƏYLƏR