“İLİN ƏN YAXŞI QƏZETİ” bəlli oldu – “525-ci qəzet”

OXUNUB: 824 Özəl SOSİAL

Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Sorğu mərkəzi oxucular arasında növbəti ənənəvi sorğusunu reallaşdırıb.

ASGA sədri Səbuhi Abbasovun verdiyi məlumata görə "İLİN ƏN YAXŞI AGENTLİYİ”, "İLİN ƏN YAXŞI TELEVİZİYASI” və "İLİN ƏN YAXŞI QƏZETİ” sorğusunda bütövlükdə 1000-ə yaxın insan iştirak edib.

22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda iştirakçılar peşəkar media ənənələrinin qorunması, operativlik və s. prinsiplərinin qorunması kimi meyarlardan çıxış edərək qalibləri müəyyənləşdiriblər. Məlumat üçün qeyd edək ki, sorğunun informasiya dəstəkçiləri 7NEWS.az və İCMAL.az saytlarıdır. "İLİN ƏN YAXŞI QƏZETİ” nominasiya üzrə qalib "525-ci qəzet” olub. Bundan başqa rusdilli qəzetlər arasında keçirilən sorğunun qalibi "Novoye Vremya” qəzetidir.

 

RƏYLƏR