“İLİN ƏN YAXŞI UNİVERSİTETİ” nominasiya üzrə qalib Bakı Slavyan Universiteti oldu - FOTOLAR

OXUNUB: 1365 Özəl Seçilmiş Önəmli

İCMAL.az Analitik Təhlil Mərkəzi (İCMAL ATM) və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) 2018-ci il üçün "İLİN ƏN YAXŞI UNİVERSİTETİ” nominasiya üzrə növbəti sorğusunu başa vurdu.

Sorğuda bütövlükdə 10 mindən çox vətəndaş iştirak edib. Sorğunun nəticələrinə görə BAKI SLAVYAN UNİVERSİTETİ "İLİN ƏN YAXŞI UNİVERSİTETİ” nominasiyası üzrə qalib elan olunmuşdur. İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası rəhbərliyinin mükafatı 31 yanvar 2019-cu il tarixdə Bakı Slavyan Universitetinin rektoru, Prof. Nurlana xanım Əliyevaya təqdim etmişdir. Bu barədə saytımıza İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: "Sorğu tam şəffaf və ədalətli keçirilib. Məlumat üçün qeyd edim ki, bundan öncə reallaşdırdığımız "İLİN REKTORU” sorğusunun qalibi filologiya elmləri doktoru,professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti Paşayeva Nərgiz Arif qızı, "İLİN ƏN YAXŞI UNİVERSİTETİ” nominasiyası üzrə isə Milli Aviasiya Akademiyası qalib olmuşdur. Sorğnun əsas məqsədi universitetlərarası rəqabət mühitinin formalaşdırılması və ali məktəblərdə aparılan innovativ islahatlara obyektiv qiymət verməkdən ibarətdir. Bakı Slavyan Universiteti sözün əsl mənasında tamamilə yeni bir mərhələyə qədərm qoyubdur. Bu mənada hesab edirəm ki, BSU tələbələrinin fəal iştirak etdiyi sorğuda Prof. Nurlana xanım Əliyevanın rəhbərlik etdiyi universitetin qalib olması heç də təsadüfi deyil”

Məlumat üçün qeyd edək ki, mükafat BSU Elmi Şurasının geniş tərkibli iclasında rektora təqdim olunmuşdur.

7NEWS.az

 





RƏYLƏR