“İLIN REKTORU 2019” KİM OLACAQ? – SORĞU BAŞLADI

OXUNUB: 700 Özəl

İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası daha bir ənənəvi sorğuya start verdi. Budəfəki sorğu "İlin rektoru 2019” nominasiyası üzrə qalibin müəyyən edilməsi üçün keçirilir.

Bu barədə Saytımıza məlumat verənAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasovsorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd etdi:"Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz təhsildə həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, təhsilimizə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki təhsil sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”

Sorğu QHT-nin rəsmi internet səhifəsi www.asga.az saytında həyata keçirilir. Səsvermələrə 01 dekabr 2019-cu il tarixə qədər davam edəcək. 1-ci yerdə qərarlaşan respondet İCMAL.az Anlitik Təhlil Saytı redaksiyası və ASGA tərəfindən "İlin rektoru 2019” nominasiyası üzrə qalib elan ediləcək, rəsmi plakat və medal təqdim olunacaqdır.

Xatırladaq ki, "İlin rektoru” nominasiyası üzrə ilk qalib Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva seçilmişdir. Sonrakı sorğularn qalibi Milli Aviasiya Akademiyası, Mingəçevir Dövlət Universiteti və Bakı Slavyan Universiteti seçilmişdir.

İCMAL.az

RƏYLƏR