İlin toyunun xərcləri açıqlandı - VİDEO - FOTO

OXUNUB: 522 MARAQLI

Britaniya şahzadəsi, 33 yaşlı Harri və amerikalı aktrisa, model, 36 yaşlı Meqan Markl evləniblər.

İcmal.Az Washington Post-a istinadən bildirir ki, nikah mərasimi Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində keçirilib.

Mərasimi anqlikan kilsəsində arxiyepiskopdan sonra ikinci şəxs sayılan Vindzor dekanı Devid Konner keçirib. Harri və Meqanın nikahını isə anqlikan kilsəsinin rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi kəsib.

Şahzadə Harri Britaniya ordusunun süvari qoşunlarının qara mundirində idi. Meqan Markl isə "Givenchy"nin kreativ direktoru Kler Ueyt Kellerin əsəri olan gəlinlik paltarı geyinmişdi.

Toydan sonra şahzadə Harri Sasseks hersoqu, Meqan Markl isə Sasseks hersoginyası titulları alıblar.

 

Şahzadə Harri ilə Meqan Marklın nikah və toy mərasimlərinə 43 milyon dollar xərclənib. Həmin vəsaitin 40 milyon dolları mühafizəyə sərf olunub.

Toyun təşkilatçılarına 150 min dollar, musiqiçilərə 400 min dollar, floristlərə 150 min dollar, fotoqraflar və operatorlara 23 min dollar, qonaqlar üçün yemək-içməyə 385 min dollar, toy tortuna isə 67 min dollar xərclənib.

Qonaqlar arasında Elton Con, amerikalı teleaparıcı Opra Uinfri, tenniçsi Serena Uilyams, aktyor Corc Kluni, Devid və Viktoriya Bekhemlər, habelə kraliça ailəsinin üzvləri vardı.

İcmal.Az

İlin toyunun xərcləri açıqlandı - VİDEO - FOTO

İlin toyunun xərcləri açıqlandı - VİDEO - FOTO

İlin toyunun xərcləri açıqlandı - VİDEO - FOTO

İlin toyunun xərcləri açıqlandı - VİDEO - FOTO

İlin toyunun xərcləri açıqlandı - VİDEO - FOTO

RƏYLƏR