İlk dərs günü qəzaya qurban getdi - FOTO

OXUNUB: 814 SOSİAL

Dünən Ucar rayonunda baş verən dəhşətli qəzada həyatını itirən iki azyaşlının fotosu yayılıb.

Sentyabrın 15-də saat 17 radələrində Ucar rayonunun Müsüslü kəndində dəhşətli yol-nəqliyyat hadisəsi vaş verib. Bakı şəhər sakini Elmin Hüseynovun idarə etdiyi "Toyota" markalı avtomobili yolayırıcısına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən 6 yaşlı Ucal Elmin oğlu Hüseynov və 4 yaşlı Firdovsi Elmin oğlu Hüseynov hadisə yerində ölüblər. Digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 6 yaşlı Ucal dünən ilk dəfə məktəbə gedibmiş.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./axar

İlk dərs günü qəzaya qurban getdi - FOTO

İcmal.Az

RƏYLƏR