İlk saatda yüz minlərlə, sonrakı hər gün on minlərlə insan öləcək – DƏHŞƏTLİ SSENARİ

OXUNUB: 1182 MARAQLI DÜNYA

"Pxenyanı nüvə proqramından imtinaya məcbur etmək məqsədi ilə Koreya Xalq Demokratik Respublikasına ən məhdudlaşdırılmış hərbi zərbələr faciəli nəticələrə gətirib çıxara bilər”.

Belə xəbərdarlıqla İraq müharibəsinin veteranları - İllinoys ştatından demokrat senator Temmi Dakuort və Arizona ştatından demokrat senator Ruben Qalleqo çıxış edib.

Onların xəbərdarlığı ABŞ-ın dövlət katibi Reks Tillersonun Şimali Koreya ilə bağlı son bəyanatından sonra verilib. Tillerson qeyd edib ki, nüvə və raket proqramlarından imtina etməyəcəyi halda, müharibənin başlanması istisna edilmir.

Dakuort və Qalleqo Donald Tramp administrasiyasını Şimali Koreya ilə istənilən hərbi münaqişə ideyasından və davakar ritorikadan imtina etməyə çağırıb.

"Pxenyan hücumdan bir neçə saat sonra – müttəfiqlər Şimali Koreyanın artilleriyasını məhv etməyə vaxt tapmadan Seulda və ətraf rayonlarda yaşayan yüz minlərlə Cənubi Koreyalını və amerikalını məhv edə bilər. Bundan sonrakı həftələr və aylar ərzində hər gün on minlərlə insan həlak olacaq”, - qanunvericilər bildiriblər./publika

İcmal.Az

RƏYLƏR