Çimərlik mövsümü nə vaxt açılır?

OXUNUB: 1360 GÜNDƏM MARAQLI
Azərbaycanda bu il çimərlik mövsümü iyunun 15-də açılacaq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən İCMAL.az-a verilən məlumata görə, bu ildən etibarən çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq: "Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib. İyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlər var. Amma rəsmi açılış iyunun 15-də olacaq”.

Məlumatda qeyd edilib ki, bu il ölkəyə gələn turistlərin sayının çoxalması səbəbindən çimərlik mövsümünə hazırlıq tədbirlərinə daha tez başlanılıb: "Xidmətin dalğıc-axtarış qrupu, sularda xilasеtmə məntəqə və pоst əməkdaşları ilə çimərlik mövsümünə hazırlıq məqsədilə Naziliyin Muğan, Cənub, Aran, Şimal, və Sumqayıt Regional Mərkəzlərinin inzibati binalarında tədris tədris-mеtоdiki tоplantılar keçirilmişdir. Toplantılarda çimərlik mövsümünə hazırlıq, axtarış-xilasetmə işlərinin təşkili, həmçinin əməkdaşların peşə hazırlığının yüksəldilməsi məsələlərinə diqqət ayrılmışdır. Bununla yanaşı Xidmət əməkdaşlarının fiziki-peşə hazırlıqlarının artırılması məqsədilə Bakıda və rayonlarda üzgüçülük hovuzları icarəyə götürülmüş, xilasedicilərin hazırlığının yüksək səviyyədə saxlanılması üçün mütəmadi olaraq məşğələlər keçirilmişdir. Hazırda Xidmətin bazasında III qrup 3-cü ixtisas dərəcəli dalğıc hazırlığı kursu davam edir. Kursa 20 nəfər əməkdaş cəlb olunub”.

RƏYLƏR