İmişli Rayonu İdman kompleksində NƏHƏNG İLAN: İlan sancsa kim cavab verəcək? - VİDEO+FOTOLAR

OXUNUB: 2516 SOSİAL
İmişli Rayonu İdman kompleksində uzunluğu 1.5 metr, çəkisi 8.5 kiloqram olan zəhərli gürzə ilanı öldürülüb.

İmişli Rayonu İdman kompleksində NƏHƏNG İLAN: İlan sancsa kim cavab verəcək? - VİDEO+FOTOLAR

İcmal.Az  avropa.info-ya istinadən xəbər verir ki, İmişlinin mərkəzində zəhərli ilanların aktivləşməsi son zamanlar pik həddə çatıb. İlanların rayon mərkəzində sürətlə artmasından şikayətlənən İmişli sakinləri son zamanlar İmişli rayon 2 saylı orta məktəbin həyətində də bir zəhərli yelmar ilanını da öldürdüklərini deyib.

Saleh Qafarlı: "Dünən axşam İmişli rayon İdman Kompleksinin həyətində zəhərli gürzə ilanı öldürülüb. Orada bizim uşaqlarımız və gənclərimiz idmanla məşqul olurlar. Biz artıq uşaqlarımızın can sağlamlığından ehtiyyatlanırıq. İdman kompleksinin həyəti təcili olaraq müvafiq icra orqanları tərəfindən dərmanlanmalıdır. Orada kiminsə balasını zəhərli ilan sancsa kim cavab verəcək?”

İmişli Rayonu İdman kompleksində NƏHƏNG İLAN: İlan sancsa kim cavab verəcək? - VİDEO+FOTOLAR

Zaur İsmayılov: "İdman kompleksində mənim də iki azyaşlı övladım idmanla məşğul olur. Mən də digər vəlideynlər kimi övladlarımın sağlamlığını və təhlükəsizliyini düşünürəm. Kompleks "Araz” çayının yaxınlığında yerləşdiyi üçün, xüsusəndə bu vaxtlar ilanların aktivləşməsi qeyd olunur. Orada bir zəhərli ilan öldürülübsə, digərləri də var. Mən də digər valideynlər kimi yerli icra hakimiyyətindən xahiş və tələb edirəm ki, müvafiq addımlar atılsın.”

 

İcmal.Az

RƏYLƏR