İnam Kərimov kadr islahatlarından danışdı

OXUNUB: 802 İQTİSADİYYAT

Kənd Təsərrüfatı Nazirliyi sistemində kifayət qədər dəyərli, professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Lakin bu, daim yenilənən bir sahədir.

İcmal.Az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında nazirlikdə kadr dəyişikliyinin olacağı ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, bu vaxta qədər nazirlikdə heç kim işindən azad edilməyib:

"Bu vaxta qədər Kənd Təsərrüfatı Nazirliyində heç kim işindən azad edilməyib. Sadəcə, yerdəyişmələr olub, bu formada da davam edir”.

Nazirlikdə yeni kadrlara daha çox imkan yaradılması ilə bağlı fikirlərə münasibət bildirən nazir müasir düşüncəli kadrlara önəm verildiyini deyib:

"Bizim leksikonumuzda gənc yox, müasir düşüncəli kadrlar var. O kadr həm gənc, həm də orta yaşlı ola bilər. Çalışırıq ki, innovativ və müasir düşüncəli kadrlar olsun”.

İ.Kərimov nazir təyin ediləndən sonra fermer və aidiyyəti qurumlarla keçirdiyi görüşlərdən sonra aşkarlanan problemlərdən də danışıb:

"Prosesin içərisindəyik, məqsədimiz problemləri eşitməkdir. Cənab  prezident tərəfindən qarşımıza qoyulan əsas fəaliyyət istiqaməti fermer,kəndlilərə yaxın olmaq, onların qayğısını dinləmək, problemləri yerində dinləməkdir. Nazirlik olaraq həmin problemlərin həllinə çalışmaq bizim əsas işimizdir”.

İcmal.Az

RƏYLƏR