Çinarə Ağayeva: “Kənd Təsərrüfatı Nazirliyinin son illər gördüyü işlər iqtisadi dayanıqlığılmızı təmin edir”

OXUNUB: 1097 İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, bu barədə iş adamı, iqtisadi ekspert Çinarə Ağayevadeyib: "İnam Kərimov nazir təyin olunandan sonra kənd təsərrüfatı sahəsində əsaslı dönüş yarandı. Prezident İlham Əliyevin sözügedən sahədə keçirdiyi müşavirələr bu sahə üçün stateji yol xəritəsi oldu. Bu gün Azərbaycan bölgədə kənd təsərrüfatı məhsullarının istehsalına görə ön sıralarda gedir. Kənd Təsərrüfatı Nazirliyinin son illər gördüyü işlər iqtisadi dayanıqlığılmızı təmin edir. Mənim diqqətimi cəlb edən əsas məqamlardan biri də prosesə innovativ alətlərin cəlb edilməsi oldu. Bütün bölgələrdə kənd təsərrüfatı üzrə ixtisaslaşan kadrlar, nazirliyin hər zaman diqqətindədir, onların fəaliyyətini stimullaşdırmaq üçün müxtəlif proqramlar reallaşdırılır. Bu gün ümumdaxili məhsulun statistikasına nəzər yetirsək, görərik ki, qısa zamanda görülən böyük işlər ölkəmizin iqtisadi inkişaf strategiyasına ciddi tövhə verəcəkdir.”

RƏYLƏR