Çində FACİƏ: 4-ü öldü, 9-u itkin düşdü

OXUNUB: 690 DÜNYA

Çinin Quyçjou əyalətindəki kömür mədənlərindən birində partlayış baş verib.

İcmal.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, 4 nəfər həlak olub, daha 9-u itkin hesab edilir.

Hadisə bazar ertəsi, yerli vaxtla saat 21:00-da Pançjou şəhərində yerləşən "Szımutszya" mədənində naməlum səbəbdən qaz və kömür tullantılarının partlaması nəticəsində qeydə alınıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir, araşdırma başlanılıb.

İcmal.Az

RƏYLƏR