Çində neft zavodunda partlayış - Ölən, yaralanan və itənlər var

OXUNUB: 535 DÜNYA
Çinin şimal-qərbindəki Şensi vilayətində neft zavodunda partlayış baş verib. Partlayış nəticəsində 5 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir. 3 nəfərin isə itkin düşdüyü deyilir. Bildirilir ki, partlayış "Yangcheng Oil Field" şirkətinin həyətində baş verib. Partlayış nəqliyyat vasitəsinə quraşdırılan test qurğusunda qeydə alınıb. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir. Partlayış dalğasında itkin düşənlərin isə axtarışı davam etdirilir.

RƏYLƏR