Çində nəhəng "neft xəzinəsi" tapıldı - VİDEO

OXUNUB: 799 İQTİSADİYYAT

Çinin neft-qaz şirkəti "PetroChina" ölkənin şimal-qərbində nəhəng ehtiyatlara malik neft yatağı aşkarlayıb.

İcmal.Az-ın məlumatına əsasən, bu barədə "APA TV" "Sinhua" agentliyinə istinadən xəbər verir. 

Məlumata əsasən, yataqdakı ehtiyatların həcmi 1,24 milyard ton təşkil edir ki, bunun da 520 milyon tonu artıq dəqiqləşmiş ehtiyatlardır.

Şirkətdən bildirilib ki, həmin ərazidə daha 1 milyard ton həcmində yeni neft yatağının kəşfi üçün əlverişli şərait var. Qeyd edək ki, bir qədər əvvəl Meksikada da son 15 ilin ən zəngin ehtiyatlarına malik "neft xəzinəsi" tapılıb.

İcmal.Az

RƏYLƏR