Çində tikilən bina çöküb: ölənlər var

OXUNUB: 577 DÜNYA
Çinin Quyyan şəhərində tikilən parklanma binasının çökməsi nəticəsində səkkiz nəfər ölüb, daha iki nəfər yaralanıb. Bu barədə Çinin Mərkəzi televiziyası bildirib. Məlumata əsasən, hadisə oktyabrın 28-i yerli vaxtla saat 16:21-də baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları hadisənin səbəblərini araşdıran idarələrarası işçi qrupunu yaradıblar.

RƏYLƏR