"İndi Ermənistanda hakimiyyətə yeni gələnlərə Bakıdan mesaj yollanmalıdır"

OXUNUB: 634 SİYASƏT

Ermənistan cəmiyyətinin qatil Serj Sarqsyandan qurtulması bölgədəki durumu dəyişir.

İcmal.Az xəbər verir ki, bunu"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bundan sonra Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar: "Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sarqsyanı qorumaq istəmədi, ancaq bu o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya ya Sarqsyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri "Rusiyasız hərəkət edə bilməzsən" reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq".

Politoloqun fikrincə, rəsmi Bakı da ciddi götür-qoy etməlidir: "20 ildir Ermənistan Köçəryan-Sarqsyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar. Necə ki, yandırmadılar. İndi Ermənistanda hakimiyyətə yeni gələnlərə Bakıdan mesaj yollamalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu Ermənistanın da xeyrinədir".

İcmal.Az

RƏYLƏR