İndoneziyada balinaların qeyri-adi xilasedilmə əməliyyatı – FOTO

OXUNUB: 32 MARAQLI

İndoneziyada dəniz heyvanlarının qeyri-adi xilasedilmə əməliyyatı həyata keçirilib. Açex vilayətində xilasedicilər və yerli sakinlər Uconq Karenq çimərliyi ərazisində özlərini sahilə atan 10 kaşalotu xilas etməyə çalışıb.

İcmal.Az xəbər verir ki, hadisə nəticəsində 4 kaşalot ölüb, 6 kaşalotu isə dənizə qaytarmaq mümkün olub. İnsanlar onların tələf olmuş həmcinslərinin yanına - sahilə qayıdacağından ehtiyatlanırlar.

Balinaların bu hərəkətinin səbəbləri məlum deyil. Ola bilsin ki, bu, hər hansı xəstəliklə bağlıdır.

 

İcmal.Az

RƏYLƏR