İndoneziyada zəlzələ: 82 ölü - YENİLƏNİB

OXUNUB: 718 DÜNYA

İndoneziyanın şimalında – Lombak adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

 Beynəlxalq Təbii Fəlakət İdarəçiliyi Agentliyinin sözçüsü Sutopo Purvo Nugroho bildirib ki, qurbanların çoxu evlərin uçması nəticəsində dağıntılar altında qalıb.

Yüzdən çox yaralı var. Ölü sayının artacağı istisna edilmir. Mindən çox ev dağılıb.

Zərərçəkənlərin adyal, çadır və qida ilə təmin edilməsi istiqamətində işlər görülür.

23:38

İndoneziyanın şərqindəki Lombak adasında baş verən 7 bal gücündəki zəlzələ nəticəsində 39 nəfərin öldüyü bildirilir.

İcmal.Az xəbər verir ki, bu barədə məlumatı Qərbi Nusa Tenggara Bölgəsi Fəlakətlə Mübarizə Dairəsinin rəhbəri Məhəmməd Rumyayıb.

Zəlzələ Lombakdan 27 kilometr şimal-şərqdə olub və episentri 15 km dərinlikdə yerləşib.

İcmal.Az

RƏYLƏR