İnəklər üçün nazirlik qurulacaq

OXUNUB: 846 MARAQLI DÜNYA

Hindistan hökuməti ölkədə inəklər üçün xüsusi bir nazirlik qurulacağını açıqlayıb.

 Bu barədə Bharatiya Janata Partiyasının (BJP) sədri Amid Şah açıqlama verib.

İqtidarda səlahiyyəti olan BJP sədri uzun müddətdir ki, inəklər üçün nazirliyin yaradılmasını istəyirdi. O, bu mövzuda çox sayda müraciət və tövsiyə məktubları aldığını deyib.

Qeyd edək ki, Hindistanda inəklər müqəddəs heyvan olmasına rəğmən, onlar üçün ayrıca qurum fəaliyyət göstərmir.

Bu günədək inəklərlə bağlı çıxan "problemlərə” Heyvandarlıq Nazirliyi baxıb./publika

 

İcmal.Az

RƏYLƏR