"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

OXUNUB: 727 Özəl HADİSƏ
Fəxri Xiyabanın qarşısında vətəndaşla yol polisi arasında insident yaşanıb. 
 
 İnsidentə səbəb Səbail Rayon İcra Hakimiyyətinə aid avtobusların və "İnfiniti" markalı 99-AC-028 dövlət nömrə nişanlı maşının avtobus dayanacağını zəbt etməsi olub. Avtobuslar dayanacaqda "İnfiniti"nin saxladığını görüb buradakı sərnişinləri götürməkdən imtina ediblər. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olub. Onlardan biri yol polisinə yaxınlaşaraq nə üçün bu avtomobillərin burada saxlamasını sual edib. Cavab ala bilməyən sərnişin "başqasını aparırsınız, "İnfiniti"yə isə əl vurmursunuz" deyə etirazını bildirib. 
 
Həmin görüntüləri təqdim edirik:/azxeber.com
 

 İcmal.Az

RƏYLƏR