İngiltərə klubu Arda Turanı öz heyətinə qatmaq istəyir

OXUNUB: 981 İDMAN

İngiltərənin "Arsenal” futbol klubu "Barselona”nın yarımmüdafiəçisi Arda Turanı öz heyətinə qatmaq istəyir.

Məlumatda qeyd olunur ki, London klubu türk futbolçuya görə "Barselona”ya 30 milyon avro təklif edir.

Onu da bildirək ki, "Arsenal” "Atletico Madrid”in keçmiş futbolçusu ilə maraqlanan yeganə futbol klubu deyil, belə ki, İtalyanın "İnter” klubu da 30 yaşlı Turanı transfer etmək niyyətindədir.

Xatırladaq ki, Turan 2015-ci ilin yayında Madridin "Atletiko” komandasından 34 milyon avroya "Barselona”ya keçib. Onu da əlavə edək ki, futbol üzrə Türkiyə milli komandasının əsas oyunçularından biri olan Arda Turan komandanın düşərgəsindən qovulub. Ardanın komandadan qovulmasına təyyarədə "Milliyet” qəzetinin müxbiri Bilal Meşeni döyməsi səbəb olub./oxu

İCMAL.AZ

RƏYLƏR