İngiltərədə ilin futbolçusu ərəb oldu

OXUNUB: 1028 İDMAN

"Liverpul” klubunun misirli üzvü Məhəmməd Salah İngiltərədə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən (PFA) ilin oyunçusu seçilib.

İcmal.Az xəbər verir ki, onunla yanaşı, mükafata ispaniyalı David De Xea ("Mançester Yunayted”), belçikalı Kevin De Bröyne, almaniyalı Lerua Sane (hər ikisi "Mançester Siti”) və ingiltərəli Hari Keyn ("Totenhem”) namizəd idilər.

Kevin De Bröyne ikinci, Hari Keyn üçüncü olub.

Əlavə edək ki, ilin ən yaxşı gənc futbolçusu adına fransız əsilli Lerua Sane layiq görülüb. Qadın futbolunda isə "Çelsi”nin üzvü Fran Kirbi ən yaxşı seçilib.

"Liverpul”da 40 qol vurmuş Misir millisinin üzvü İngiltərədə ilin futbolçusu adına layiq görülən ikinci afrikalı futbolçu olub. Belə ki, iki il əvvəl "Lester”in əlcəzairli futbolçusu Riyad Mahrez bu mükafata layiq görülüb.

Qeyd edək ki, bu səsvermədə İngiltərə Premyer Liqasının digər oyunçuları iştirak edir.

İcmal.Az

RƏYLƏR