Çingiz Abdullayev Azərbaycanı necə aldatdı - ŞOK TƏFƏRRÜAT

OXUNUB: 5277 Seçilmiş Önəmli Özəl TƏHLİL

Qalmaqallı "26” kafesi üçün yer üzrə icarə müqaviləsi Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi və sahibkar Ramil Məmmədli arasında bağlanıb. Həmin sənədin fotoşəkillərini dərc etmiş "Yeni Müsavat” qəzeti bu iddia ilə çıxış edib.

Xatırladaq ki, daha öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Yazıçılar Birliyinin binası önünə gələrək, "26” kafesinin bağlanmasına şəxsən rəhbərlik edib. Şəhər başçısı kafe rəhbərliyini ittiham etmişdi ki, onlar iaşə xidməti obyektini "26 Bakı komissarı”nın və 100 il bundan əvvəl azərbaycanlıların soyqırımını törətmiş daşnakların şərəfinə adlandırıblar.

Kafe üçün yerin icarəyə verilməsi ilə bağlı Yazıçılar Birliyinin ünvanına ittihamlar səslənməyə başladığı bir vaxtda Hacıbala Abutalıbovla Birliyin katibi Çingiz Abdullayev arasında ictimaiyyətin gözü önündə mübahisələr başladı. Çingiz Abdullayev bildirdi ki, onun təmsil etdiyi strukturun kafenin açılması üçün yerin icarəyə verilməsinə heç bir aidiyyatı yoxdur.

Lakin rəsmi sənədlər bunun əksini deyir. İcarə müqaviləsi Çingiz Abdullayevlə sahibkar Ramil Məmmədli arasında bağlanıb. Müqaviləyə əsasən, Yazıçılar Birliyinin binasında kafe açılır və buna görə Çingiz Abdullayev hər ay 8 min manat alır. Müqavilə 2017-ci ilin mart ayının 14-də bağlanıb.

H.Abutalıbov və rəhbərlik etdiyi qurum məhkəmənin qərarı olmadan və istintaq aparılmadan kafenin bağlanmasına görə tənqid atəşinə məruz qaldılarsa, Çingiz Abdullayev də, şübhəsiz ki, yalan danışdığına və ölkə ictimaiyyətini çaşdırdığına görə mənəvi məsuliyyət daşıyır. Çingiz Abdullayevin səmimiyyətdən kənar hərəkəti ölkənin ictimai fikrində ittiham və narazılıq doğurdu. Yazıçı ictimai maraqları və sahibkarı deyil, öz icarədar maraqlarını müdafiə edirdi. Sadə dillə desək, öz şəxsi maraqlarını. Çingiz Abdullayev adi tacir rolunda çıxış etdi.

Bundan savayı, kiçicik təzyiq hiss edən kimi Çingiz Abdullayev yenidən tənqidlə çıxış etdi... hakimiyyətə qarşı deyil, jurnalistlərə qarşı və məhkəmələrlə, cərimələrlə hədələdi. Soruşan lazımdır – bu cəza nəyə görədir? Sən demə, Çingiz Abdullayev ona əsəbiləşib ki, jurnalistlər kafenin qeyri-qanuni bağlanmasını müdafiə ediblər və onun öz "Facebook” səhifəsində paylaşdığı fikirlərindən sitatlar gətiriblər. Çingiz Abdullayevə xox gəliblər. O isə hakimiyyətə cavab verməyə cürət etməyib, daha zəif və müdafiəsiz jurnalistlərin üstünə gedib. Bax, müasir Azərbaycan ziyalısının siması budur.

İliçin vəsiyyətlərinə müraciət etsək, burjuaziya ziyalılarının çar hakimiyyəti ilə qarşıdurmasında mütləq şəkildə hakimiyyətin tərəfini saxlamaq lazımdır. Ziyalılar aldadacaq və asanca yarıyolda satacaqlar. Çingiz Abdullayev də elə bunu sübut etdi.../virtualaz.org

7NEWS.az



RƏYLƏR