İnnovasiyalar Agentliyi ilk ilində zərər etdi

OXUNUB: 446 İQTİSADİYYAT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyi 2019-cu ili 670 min manat zərərlə başa vurub.

"Report” bu barədə qurumun maliyyə (audit) hesabına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə İnnovasiyalar Agentliyinin gəlirləri 24 min manat, xərcləri isə 693 min manat təşkil edib.

2020-ci il yanvarın 1-nə qurumun aktivləri 36,223 milyon manat olub ki, bunun da 110 min manatı onun öhdəliklərinin, 36,113 milyon manatı isə balans kapitalının hesabına formalaşıb.

Xatırladaq ki, İnnovasiyalar Agentliyi ölkə prezidentinin 6 noyabr 2018-ci il tarixli fərmanı ilə, NRYTN-nin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.

RƏYLƏR