İnsan hüquqlarının müdafiəsi dövlət siyasətinin tərkib hissəsidir

OXUNUB: 569 TƏHLİL

İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları onun müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və vətəndaşlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları, ümumiyyətlə, ayrılmaz, təməl hüquqlar kimi "bir insana, sadəcə, insan olduğuna görə sahib olduğu" və "bütün insanlara xas olan" əsas hüquqlar kimi başa düşülür. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Beynəlxalq ictimai hüquqda onları təsdiqləyən ən məşhur sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bəyannamədə deyilir: "Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir”.

İnsan hüquqları dedikdə, insan hüquqları və vətəndaş hüquqları başa düşülür: 1) şəxsi + siyasi; 2) sosial və iqtisadi; 3) mədəni + kollektiv. Şəxsi hüquqlar hər kəsin hüququdur və həyatın, ləyaqətin və insan azadlığının qorunması üçün zəruridir. Şəxsi hüquqlar dedikdə, qanun qarşısında bərabərlik nəzərdə tutulur. Bərabərlik demokratiyanın ən vacib prinsipidir və bütün vətəndaşlar irqindən, milliyyətindən, cinsindən, yaşayış yerindən, cəmiyyətdəki mövqeyindən, dini və siyasi etiqadından asılı olmayaraq qanun qarşısında bərabərdir. Bu prinsipin pozulması ayrı-seçkilik adlanır. Bərabərlik insan hüquqlarını və məhdudiyyətlərini ehtiva edir.

Hazırda Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarına dair BMT-nin, ATƏT-in və Avropa Şurasının əksər sənədlərinə qoşulmuşdur. İnsan hüquqları və azadlıqlarına dair həmin sənədlərdə nəzərdə tutulan norma və standartlarin mütləq əksəriyyəti artıq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə implentasiya olunmuşdur.

İnsan hüquqları və azadlıqlarının təsbit olunması, təmin edilməsi və həyata keçirilməsi üçün şərait və hüquqi mexanizm yaradılması ilə əlaqədar məsələlər ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapır.

Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul edilmiş Konstitusiyası insan hüquqları və azadlıqlarına dair milli qanunvericiliyin formalaşması və inkişafının əsasını təşkil edir. Konstitusiya hər şeydən əvvəl, insan hüquqları və azadlıqlarının əsas prinsiplərini ən yüksək səviyyədə təsbit edir, insan və vətəndaş hüquqları və azadlıqlarının geniş dairəsini nəzərdə tutur və onların müdafiə mexanizmini müəyyən edir.

İnsan hüquq və azadlıqlarının Konstitusiya ilə təsbit olunmuş prinsiplərinə hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı, insan hüquqları və azadlıqlarına dair beynəlxalq hüquq normalarının üstünlüyü, hüquq və azadlıqların təminatlı olması, hüquq və azadlıqların birbaşa qüvvəsi aiddir.

Hüquq və azadlıqların universal xarakteri onların yaranmasının mexanizmini və əsaslarını ifadə edir. Belə ki, Konstitusiyaya uyğun olaraq insan anadangəlmə, yəni doğulduğu vaxtdan etibarən Konstitusiya və qanunlarla elan olunmuş hüquq azadlıqlara malik olur, onların daşıyıcısına çevrilir.

Hüquq və azadlıqların toxunulmazlığı onlara hər cür qanunsuz və özbaşına qəsdin yolverilməzliyini ifadsə edir. Hüquq və azadlıqların pozulmazlığı insan hüquqları və azadlıqlarının aliliyini, oların hər hansı normativ akt və ya vəzifəli şəxs tərəfindən iəğv olunmasının, yaxud özbaşına məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edir. Ayrılmazlıq hüquq və azadldıqların insan iradəsindən asılı olmayraq mövcud olduğunu, ictimai varlıq kimi insanın təbiətindən irəli gəldiyini, onun zəruri atributu olduğunu ifadə edir.

Hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bütövlükdə onu onu ifadə edir ki, dövlət heç vaxt insanı onun hüquqlarından və azadlıqlarından məhrum edə bilməz.

İnsan hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bir prinsip kimi Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsində təsbit olunur. Həmin maddədə müəyyən edilir ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

Hüquq və azadlıqların toxunulmazılığı, pozulmazlığı və ayrılmazlığı Konstitusiyanın 155-ci maddəsinin belə bir müddəası ilə də təmin olununur ki, Konstitusiyanın insan hüquqları və azadlıqlarını nəzərdə tutan müddəalarının məhdudlaşdırılması haqqında təkliflər Konstitusiya dəyişikliyinin predmeti ola və referenduma çıxarıla bilməz.

Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarması idi.Əfvetmə institutunun bərpası və Əfv Məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi dəyərləndirilməlidir.Ulu öndərin təşəbbüsü ilə 1998-2002-ci illərdə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Qanun, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olundu.

Hazırda Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atır.Sözün həqiqi mənasında dövlətbaşçısının insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün dünya birliyində də yüksək dəyərləndirilir.Təkcə bir faktı diqqətə çatdıraq ki, Prezidentin sərəncamları ilə son on iki ildə 40 mindən çox məhkum azadlığa buraxılıb.Yüksək humanizm prinsipləri ilə daim diqqətdə olan Azərbaycan Prezidenti 2003-cü ildən indiyədək 30-dək əfv sərəncamı imzalayıb.

Dövlət başçısı indiyədək bir neçə dəfə amnistiya aktına imza atıb.2007-ci ildə 9877 məhkum barəsində, 2009-cu ildə 9564, 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib.Bundan əlavə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir neçə dəfə amnistiya aktı qəbul olunub.Bu mərhəmət sayəsində on minlərlə məhkum azadlığa qovuşub.

Azərbaycan Prezidentinin 18 iyun 2007-ciiltarixli sərəncamı ilə respublikamızda hər il 18 iyun- İnsan Hüquqları Günü kimi qeyd olunur.Azərbaycan Prezidenti hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmayıb.Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərəalan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən İlham Əliyev hər il milli bayramlarımız ərəfəsində əfv sərəncamları imzalayır, on minlərlə ailəyə sevinc bəxş edir.Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir.Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır."Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk" - deyən Prezidentin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Amil Qurbanov

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.3

 

RƏYLƏR