İnsanlar küçənin ortasında huşunu itirdi - VİDEO

OXUNUB: 160 DÜNYA

Hindistanın Andhra-Pradeş ştatında Vişakhapatnam şəhərində insanlar küçədə getdikləri yerdə huşlarını itiriblər. Bir çoxları isə evlərində olsalar belə, nəfəs almaqda çətinlik çəkməyə başlayıblar. Sakinlər arasında təlaş başlayıb.

Bu barədə "Times of India” xəbər yayıb.

Bildirilir ki, hadisəyə yerli vaxtla saat 2:30-da "LG Polymers” kimyəvi zavodunda stirol sızması səbəb olub.

Artıq ölənlərin sayı səkkiz nəfərə yüksəlib. Qurbanlar arasında uşaqlar da var.

Xəstəxanaya ümumilikdə 5 000 adam çatdırılıb.

Hökumət sakinləri evlərini tərk etməməyə və ya təhlükəsiz zonalara getməyə çağırıb. Küçəyə çıxarkən isə suda isladılmış maska taxmaq tövsiyə olunub.

Stirol - müxtəlif polimerlərin istehsalı üçün istifadə olunan rəngsiz zəhərli mayedir. Buxarı ilə nəfəs aldıqda qaraciyər və sinir sistemi xəstəliklərinə gətirib çıxara bilər.

VV

RƏYLƏR