“İnteraktiv məsləhət mərkəzinin yaradılması” layihəsi çərçivəsində yeni sayt istifadəyə verildi – ŞURANIN DƏSTƏYİ İLƏ

OXUNUB: 520 QHT

1 iyul tarixindən etibarən Qızılbaş Gəncləri Maarifləndirmə ictimai birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İnteraktiv məsləhət mərkəzinin yaradılması” layihəsini uğurla icra edilib.

 

3 ay davam edən layihə çərçivəsində www.maslahat.az saytı yaradılaraq, geniş ictimaiyyətə təqdim edilib.

Bu barədə saytımıza təşkilatın sədri Aqil Ələsgər məlumat verib:

"Bu virus ölkəmizin müxtəlif sahələrinə də öz təsirini göstərməkdədir. Eyni zamanda, "evdə qal” kamoaniyasına görə əhali arasında psixoloji gərginlik artmış, yeni çağırışlara adekvat addımların atılması labüd olmuşdur. Beləliklə online xidmətlərin gündəmə gəlməsi günün əss tələblərindən biri olmuşdur. Hesab edirik ki, belə bir həssas dönəmdə insanlar üçün, xüsusən də tibb sahəsi ilə bağlı online məsləhətlərin, videokonfransların, canlı bağlantıların təşkil edilməsi cəmiyyət üçün faydalı ola bilər. Bu mənada biz "İnteraktiv məsləhət mərkəzinin yaradılması” layihəsini təklif etdik. Şura katibliyi layihəmizi qəbul etdi və dəstəklədi. Artıq biz layihə çərçivəsində www.maslahat.az saytını yaradaraq geniş ictimaiyyətə təqdim edirəm. Hesab edirəm ki, bu sayt cəmiyyətimizin sağlamlığı üçün mühüm platforma olacaqdır.”


RƏYLƏR