İnternet televiziyasının direktoru barəsində cinayət işi başlanılıb

OXUNUB: 742 HADİSƏ

"Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun barəsində cinayət işi başlanılıb.

İcmal.Az xəbər verir ki, vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, Ə.Orucovun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə istintaq aparılır.

Hazırda Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılır.

İcmal.Az

RƏYLƏR