İnternetdən preparat sifariş edənlərə xəbərdarlıq – VİDEO

OXUNUB: 673 SOSİAL

Son zamanlar ölkəmizdə internet vasitəsilə vitamin və bioloji aktiv maddələrin sifarişi artıb.

Vətəndaşların internetdən preparatlar sifariş etməsinə səbəb xaricdə olan dərmanların yerli apteklərdən qat-qat ucuz olması və xarici məhsula daha çox etibar etməsi ilə əlaqələndirilir.

Bəs ümumiyyətlə, xaricdən vitamin və bioloji əlavələrin gətirilməsi nə qədər düzgündür?

Məsələ ilə bağlı həkim toksikoloq, dosent İsmayıl Əfəndiyev Oxu.Az-a bildirib ki, xaricdən sifariş verilən preparatların mənşəyi məlum olmadıqda zaman insan sağlamlığı üçün təhlükəlidir:

"Zəmanət yoxdur ki, internetdən sifariş verilən məhsul sizin evinizə gətiriləcək. Heç kimin evində şəxsi laboratoriyası yoxdur ki, həmin preparatları yoxlasın. Əksinə, bəzi vaxtlar xaricdən gətirilən vitamin və bioloji aktiv maddələr insanda müəyyən allergik reaksiya yaradır”. 

Həkim-toksikoloq internetdən vitamin və bioloji aktiv maddələr sifariş edənlərə məsləhət verib.

Onun sözlərinə görə, həkimin məsləhəti olmadan, ümumiyyətlə, dərman sifariş vermək olmaz. Toksikoloq tərkibi məlum olmayan bioloji aktiv maddələri sifariş etməməyi məsləhət görüb.

İcmal.Az

RƏYLƏR