İntihar edən qızın yazdığı son məktub anasını gözyaşına boğdu

OXUNUB: 372 DÜNYA
Avstraliyanın Melburn şəhərində tükləri ürpərdən hadisə baş verib.

 Kassidi Trevan adlı qız rəfiqələrinin oyununa gəlib. Qızlar Kassidini festival adı ilə çağırıb bir evə aparıblar. Evdə iki nəfər oğlan qızı zorlayıblar. Kassidinin 13 yaşı olub. Qız baş verən hadisə barədə polisə məlumat versə də, dəlillər olmadığı üçün cinayət işi açılmayıb.

Kassidinin anası Linda qızını başqa məktəbə yazdırıb. Amma sinif yoldaşları onu yeni məktəbdə də tapıblar. Kassini depresiyaya düşərək evdən çölə çıxmayıb. Bir müddət sonra qız intihar edir və anasına məktub yazıb qoyur. Məktubun məzmunu belə idi:

"Köhnə məktəbdəki sinif yoldaşlarım tərəfindən zorlandım. Bəlkə də diqqət cəlb etmək üçün bunları yazdığımı düşünürsünüz. Məktubu yazma səbəblərimi açıqlayıram.

Məqsədim mənimlə eyni vəziyyətdə olanlara tək olmadığını xatırlatmaqdır. Bu zorakılığı dayanırmaq gücünüz var. Bunu edənlərlə eyni cərgələrdə əyləşdim. İnanmaq çox çətindir.
Məktubu yazmaqda məqsədim məni zorlayanları və ya buna şərait yaradanları cəzalandırmaq deyil. Diqqət çəkmək də istəmirəm.

Məqsədim 7-12 yaş arası 1.500 şagirdi olan məktəbi və valideynləri xəbərdar etməkdir. Məktəb rəhbərliyi baş verənlərə görə heç nə etmədi. Sizi xəbərdar etmək mənim vəzifəmdir.

Bunu özüm üçün də edirəm. 1.5 ildən sonra tək qalmaq istəmirəm. Məktəbdə üzdən tanımadığım insanlar "Facebook"da məni təhqir edirlər. Yaşıdlarımın dedi-qodularının qarşısını ala bilmirəm"./ölkə
 
İcmal.Az

RƏYLƏR