İntihar etdiyi deyilən qızı sevgilisi öldürübmüş - VİDEO

OXUNUB: 1013 DÜNYA

Türkiyənin Kayseri şəhərində 5 gün əvvəl ov tüfəngi ilə intihar etdiyi deyilən 24 yaşlı Yüksel Yavuzun gənc sevgilisi tərəfindən öldürüldüyü ortaya çıxıb.

Kayseridə 5 may gecəsi sinəsindən ov tüfəngi ilə vurulan 24 yaşlı Yüksel Yavuz həyatını itirib, hadisə yerinə gələn polislər ilk etapda olayın intihar faktı olduğunu güman ediblər.

Daha sonra qızın sağ tərəfindən güllə yarası almağından şübhələnən Rayon Təhlükəsizlik İdarəsinin əməkdaşları istintaq prosesini davam etdiriblər. Aparılan araşdırma işləri nəticəsində qısa müddətdə hadisədə iştirakı müəyyən edilən 3 şübhəli təsbit edilərək nəzarətə alınıb. Şübhəlilərdən Yüksel Yavuzun sevgilisi O.Ç.-nin (23) hadisəni törətdiyi ortaya çıxıb. O.Ç. ilkin ifadəsində günahını etiraf edərək hadisənin qısqanclıq zəmnində baş verdiyini deyib./milli.az

İcmal.Az


Videonu izləmək üçün şəklə klikləyin:

İntihar etdiyi deyilən qızı sevgilisi öldürübmüş

RƏYLƏR