İntihar etmək istəyən qadını zorladılar - ŞOK

OXUNUB: 732 DÜNYA

Rusiyanın Omsk vilayətində intihar etmək istəyən qadın təcavüzə məruz qalıb.

 Hadisə 25 yaşlı qadının intihar etmək istədiyi yerə gedərkən baş verib.

Rusiya İstintaq Komitəsinin regional idarəsindən "Omsk” teleradio şirkətinə verilən məlumata görə, qadın əri ilə boşanmadan sonra intihar etmək qərarına gəlib. O, oktyabrın 10-da gecə saat 12:00 radələrində iki yaşlı uşağı nənəsinin yanına qoyaraq körpüyə gəlib.

Qadın yolda naməlum kişinin hücumuna məruz qalıb və zorlanıb. Bu, onun intihar etmək arzusunu artırıb. Lakin təsadüfən oradan keçən taksi sürücüsü onu fikrindən daşındırıb. O, qadını sakitləşdirərək polisə aparıb.

Müstəntiqlər zorlama üzrə cinayət işi qaldırıblar.

"Hazırda şübhəli axtarılır. Zərərçəkənlə psixoloqlar işləyirlər”, - Rusiya İstintaq Komitəsinin regional idarəsinin sədr müavini Larisa Boldinova deyib./publika

 

İcmal.Az

RƏYLƏR