İntihara cəhd edən şəxs xilas edildi

OXUNUB: 765 HADİSƏ
İyunun 12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcəbədi rayonu, Qaradolaq kəndi ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü Yuxarı Qarabağ kanalına atmısı barədə məlumat daxil olub.


İcmal.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

İyunun 15-də 1963-cü il təvəllüdlü Mayılov Tofiq Cəlil oğlunun cəsədi batdığı yerdən 25 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
İcmal.Az

RƏYLƏR