"İnvest-Az”ın təsisçisi: “Türkdilli dövlətlərin ortaq sərmayə bazarının yaradılması vaxtı çatıb”

OXUNUB: 525 index-manşet Özəl GÜNDƏM

"Türkdilli dövlətlərin ortaq sərmayə bazarının yaradılması vaxtı çatmışdır. Bu məsələdə "Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan öndər olmalı, bazarın yaradılmasında liderlik etməlidir”.

 

Xeber_metn_ichindeki_reklam_3_11

Marja xəbər verir ki, bunu Türkiyənin "Habertürk” televiziya kanalının "Yatırımcı Rehberi” proqramına müsahibəsində "InvestAZ Yatırım” şirkətinin İdarə Heyətinin sədri Elşən Quliyev bildirib. Qeyd edək ki, Elşən QuliyevAzərbaycanda fəaliyyət göstərən "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin Təsisçisi və Müşahidə Şurasının Sədridir.

ElşənQuliyevsöyləyib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ortaq sərmayə bazarının yaradılmasını tezləşdirə bilər:

 

"44 günlük İkinci Qarabağ müharibəsində Prezident İlhamƏliyevinAli Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri44 günlükVətənmüharibəsizamanı çox böyük zəfər qazandı. Bu zəfər digər Türkdilli dövlətlərə ilham oldu. Azərbaycanın şanlı qələbəsinin nəticəsi olaraq Zəngəzur dəhlizi açılacaqdır və Azərbaycanla Türkiyə arasında arasında birbaşa quru əlaqəsi yaranacaqdır, eyni zamanda digər Türkdilli ölkələr ilə də nəqliyyat əlaqəsi asanlaşacaqdır. Bunun ardınca maliyyə sərhədləri ortadan qalxmalıdır. Onsuz da, mənəvi və genetik olaraq birik. Zəngəzur dəhlizinin açılması ilə birbaşa quru əlaqəsi bizi birləşdirəcək, sonra pullarımız birləşəcəkdir. Bu proses təbii olaraq baş verəcəkdir. Xəzər dənizinin şərqində yerləşən Türkdillidövlətlər var, bu dövlətlər də böyük dəyişiklik içindədirlər”.

 

 
 

 

"AZƏRBAYCANLI SƏRMAYƏÇİLƏRİN ƏN ÇOX ETİBAR ETDİYİ ÖLKƏ TÜRKİYƏDİR”

 

Elşən Quliyev qeyd edib ki, sərmayə güvəndiyi yerə axır:

"Azərbaycanın iş adamlarının, Azərbaycanlı sərmayəçislərinən çox etibar etdiyi ölkə Türkiyədir. Azərbaycandan Türkiyəyə çox böyük sərmayələr yatırılıb. İlk öncə dövlət başladı,sərmayələr dövlət səviyyəsində oldu.Türkiyəyə hazırda ən çox sərmayə yatıran xarici dövlət Azərbaycandır. Bunu kiçik sərmayəçilər də gördü, artıq onlar öz vəsaitlərini Türkiyədə dəyərləndirməyə çalışırlar. Məsələn, bir çox Azərbaycan vətəndaşı Tükiyədə mənzil alıblar və almaqda davam edirlər. İnanıram ki, gəlcəkdə Türkdilli dövlətlər arasında sərmayə bazarı da yaranacaqdır. Azərbaycanla Türkiyə arasında bu sahədə də yol xəritəsi var”.

"AZƏRBAYCANLILAR DAHA SƏBRLİ VƏ EHTİYATLI İNVESTORLARDIR”

 

Tanınmış iş adamı qeyd edib ki, Azərbaycan xalqı uzun illər Sovetlər Birliyinin tərkibində yaşadığından pula olan münasibəti daha fərqlidir: "Azərbaycan xalqının sərmayə bazarlarına, valyutalara münasibəti fəqrlidir. Türkiyədə başqa bir münasibət var, Azərbaycanda başqa münasibət var. Türkiyədə sərmayə bazarlarına, valyutalara olan münasibətin öz xüsusiyyətləri var. Azərbaycan bu məsələdə Türkiyəyə oxşasa geri gedər. Azərbaycanlılar daha çox səbrli və ehtiyatlı investorlardır. Hazırda Türkiyədə də səbrli investorlar artmaqdadır. Məncə Türkiyə və Azərbaycan sərmayə bazarlarına dair bir-birlərinə çox şey öyrədə bilər”.


RƏYLƏR