İnzibati xətalarla bağlı protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı artırılıb - FƏRMAN

OXUNUB: 380 index-manşet SİYASƏT

"Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilib.

 

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla 55-2.6-cı bəndə "Çevik Hərəkət Qüvvələrinin komandanı,” sözlərindən sonra "Xüsusi Hava Əməliyyatları Qüvvələrinin komandanı,” sözləri, 63-cü hissəyə isə "Xidmətin Sahil Mühafizəsinin rəisi,” sözlərindən sonra "Çevik Hərəkət Qüvvələrinin Komandanı, Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı,” sözləri əlavə edilib.

RƏYLƏR