"İpi saldıq boğazına, qorxutduq" - "Məharətlərindən" fərəhlə danışan oğrular - VİDEO

OXUNUB: 871 HADİSƏ

Paytaxt polisi iki cinayətdə adı hallanan iki dələduzu saxlayıb.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, zərərçəkmişlərdən birinin boğazına ip keçirən şəxslərin indi əlləri qandala keçib.

Bakı şəhər sakini Rancit Hüseynov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, 12 may 2017-ci il tarixində tanımadığı iki nəfər taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşərək onları Binə qəsəbəsinə aparmağı istəyiblər. Qeyd edilən ünvana çatdıqda isə həmin şəxslər taksi sürücüsünün boynuna ip keçirib, hədə-qorxu gələrək pul tələb ediblər.

Xəzər RPİ və 2-ci Polis Bölməsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Rancit Hüseynova qarşı quldurluq etməkdə şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov və Şərur rayon sakini Hüseyn Səfərzadə tutulublar.

Elməddin Rəhmənov - Saxlanılan şəxs: "Mərdakana gəldik. Dedik ki, qorxuzaq getsin, qorxuzduq. İpi atdım boynuna, qışqırdı. Düşdük yerə. Bu, mindi maşına, qaçdı. Qayıdanda "011" gəldi, mindik ona".

Hüseyn Səfərzadə - saxlanılan şəxs: "Gəldik Xəzər rayonuna. Taksidə mən oturdum qabaqda, o da arxada. İpi saldı boğazına. Sonra yaxınlaşdıq "VAZ 2106" maşınına. Ondan da telefonu götürdük".

Qeyd edilən faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Xəzər RPİ-nə müraciət edə bilərlər.

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

Taksi sürücülərinə qənim kəsilən dostlar ifşa edildi -1

RƏYLƏR