İqtisadçı tələbələr “İslam həmrəyliyi: reallıqlar və perspektivlər” mövzusunda TEC-in konfransında

OXUNUB: 1104 SOSİAL

Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsi münasibətilə "İslam həmrəyliyi: reallıqlar və perspektivlər” mövzusunda elmi konfransı keçirilmişdir.

Konfransı giriş sözü ilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli açmışdır. N.Qədimli Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, ümummili lider Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. O, əlavə edib ki, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin ən böyük amal və məqsədi dövlətimizin müstəqilliyinin daimi olması, insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin bərqarar olması idi.

N.Qədimli bildirdi ki, ictimai bir qrupun millət hesab edilməsinin əsas şərti onun kimliyinin təməlini təşkil edən milli-mənəvi və dini dəyərlər sisteminə malik olmasıdır. Ulu Öndər də məhz bu reallığı nəzərə alaraq yaşadığı müddət ərzində xalqımızın itməmiş, lakin zəiflədilmiş dəyərlərinin canladırılması üçün çalışmışdır. Ulu Öndər Heydər Əliyev dini-mənəvi dəyərlər sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirildi.

N.Qədimli qeyd edib ki, möhtərəm prezidentimiz İlham Əliyev də, dövlət-din münasibətlərində yaranmış ənənəni uğurla davam etdirir.

Sonra məruzələr təqdim olunub.

ST16.2 saylı qrupun tələbəsi Ağamirzəyev Elçin Emin oğlu "Azərbaycanda islam həmrəyliyinin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu”(Elmi rəhbər i.f.d., dos. Emiliya Hüseynova); MU16 saylı qrupun tələbəsi Murad Nağıyev"Prezident İlham Əliyevin islam həmrəyliyinin möhkəmləndirilməsində möhtəşəm fəaliyyəti və onun mütərəqqi nəticələri” (Elmi rəhbər: fil.f.d., dos. Namaz Manafov); TO16 saylı qrupun tələbəsi Süleyman Qənbərov "İslam sivilizasiyasının təşəkkülü və islam həmrəyliyi tarixindən” (Elmi rəhbər: b/m İlham Məmmədov); M16 saylı qrupun tələbəsi Vaqifli Gülnar "İslam həmrəyliyi fenomeninin sosial-siyasi aspektləri: islam və siyasət” (Elmi rəhbər: s.f.d., dos. Esmira Cəfərova), M16 saylı qrupun tələbəsi Mübarək Aydəmirov "Azərbaycan islam həmrəyliyinin mərkəzi kimi: islam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın yaradıcı rolu” (Elmi rəhbər: fil.f.d., dos. Flora Namazova); İ15.1 saylı qrupun tələbəsi Rasta Paşayeva "İslam həmrəyliyinin iqtisadi aspektləri. İslam və iqtisadi tərəqqi” (Elmi rəhbər: i.f.d., dos. Nüşabə Qədimli); ST16.1 saylı qrupun tələbəsi Nuru Əzizov "İslam həmrəyliyinin əxlaqi-mədəni mexanizmləri: çağrışlar və vəzifələr” (Elmi rəhbər: b/m Mətanət Yusifova); ST14.2 saylı qrupun tələbəsi Aytac Əhmədova "Müasir müsəlman dövlətinin sosial-iqtisadi modeli: islam və postindustrial cəmiyyət” (Elmi rəhbər: b/m Nazim Niftəliyev); ST15.1 saylı qrupun tələbəsi Kənan Cənnətov "İqtisadi inkişafda Koouz xətti” (Elmi rəhbər: b/m Günəş Şəfaqətov) mövzularında məruzələrlə çıxış etdilər.

Natiqlər bildiriblər ki, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

 

İcmal.Az

RƏYLƏR