İqtisadçılar manatın devalvasiya ehtimalı haqqında

OXUNUB: 947 İQTİSADİYYAT

Azərbaycanda milli valyutanın devalvasiyası haqqında şayiələrin heç bir iqtisadi əsası yoxdur.

Bu barədə İcmal.Az-a açıqlamasında iqtisadçı Rasim Tacəddin bildirib.

Onun sözlərinə görə, son zamanlar Azərbaycanda yaranmış vəziyyətdən, xüsusən Azərbaycan neftinin qiymətlərinə baxdıqda bu nəticəyə gəlmək olar ki, hazırkı vəziyyət 2015-ci ildə özü ilə iki devalvasiya gətirən vəziyyətdən çox uzaqdır.

"Ölkəyə xarici valyutanın daxil olması, məlumdur ki, neftin qiymətindən asılıdır. Bu gün qara qızılın dünya bazarında qiyməti 70 dollar səviyyəsindədir. Bu, pis qiymət deyil və kifayət qədər sabitdir. Cüzi dəyişikliklər nəzərə alınmır.

Buna müvafiq olaraq, xarici valyutanın Azərbaycana axını da sabitdir. Buna görə də iqtisadi cəhətdən narahatlıq üçün səbəb görmürəm”, - iqtisadçı qeyd edib.

İqtisadiyyat sahəsi üzrə ekspert Fuad Əlizadə R.Tacəddinlə həmfikirdir. O düşünür ki, milli valyutanın mövqeyi bu gün üçün çox möhkəmdir.

"Söhbət ondan gedir ki, neftin qiyməti 70 dollardan yuxarı səviyyədə qalır, bu isə büdcədə nəzərdə tutulmuş 45 dollardan yüksəkdir”, - F.Əlizadə qeyd edib.

Onun sözlərinə görə, bu, ölkəyə valyutanın daxil olmasının artmasına gətirib-çıxarıb.

"Manatın əvvəlcədən deyildiyi mümkün devalvasiyası üçün əsaslı göstərici yoxdur. Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında valyutanın təklif edilməsi tələbatın artması iddiasını şübhə altına almağa əsas yoxdur.

Lakin vacib bir göstərici var, bu isə statistikaya əsasən, qeyri-neft məhsullarının ixracının 37% artmasıdır. Bu çox vacib məqamdır, belə ki, büdcə nəinki neft və qazdan, həm də qeyri-neft məhsullarından əldə edilən gəlirlə artırılır”, - Əlizadə vurğulayıb.

İcmal.Az

RƏYLƏR