İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin göstəriciləri ilə razılaşmadı

OXUNUB: 374 GÜNDƏM İQTİSADİYYAT

Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən "2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” hazırlanıb və 08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

İqtisadiyyat Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilib.

 

Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə məhz bu praktika tətbiq olunub.

Cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilib. Bununla belə, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb. Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək.

 
İcmal.Az

RƏYLƏR