İradə Zeynalovanı Moldovaya buraxmadılar

OXUNUB: 582 SİYASƏT

Rusiyanın Azərbaycan əsilli teleaparıcısı İradə Zeynalova Moldovaya buraxılmayıb.

 Bu barədə TASS Moldovanın sərhəd polisinə istinadən məlumat yayıb.

Jurnalist çərşənbə axşamı Moldova aeroportunda pasport yoxlamasından keçən zaman sərhədçilər tərəfindən saxlanılıb.

"Çərşənbə axşamı, axşam saatlarında Rusiya Federasiyası vətəndaşının bizim ölkənin ərazisinə daxil olmasına icazə verilməyib, belə ki, o, respublikaya nə məqsədlə gəldiyini sənəddə göstərməyib. O, İstanbul-Kişinyov hava reysi ilə gəlib və pasport yoxlaması zamanı bildirib ki, dövlət rəsmiləri ilə görüşlər keçirəcək. Ancaq bu məlumatları sənəd şəklində təsdiq edə bilməyib”, – deyə sərhəd polisinin mətbuat xidmətinin bəyanatında bildirilir. 

Məlumata görə, sərhəddən buraxılmayan Zeynalova növbəti hava reysi ilə Moskvaya geri dönüb./oxu

İcmal.Az

RƏYLƏR