İran ordusu hərbi təlimlərə başladı

OXUNUB: 757 DÜNYA
İran ordusunun quru qoşunları ölkənin şimal-qərbində hərbi təlimlərə başlayıb.

Hərbi təlimlərdə 40 və 41-ci batalyonlar, pilotsuz uçan aparatlar bölməsi, 321-ci hücum bölməsi iştirak edir.

Hərbi təlimlərə ordunun havadan müdafiə qüvvələrinin helikopterləri dəstək göstərir.

2 gün davam edəcək hərbi təlimlərdə müxtəlif döyüş taktikalarının keçiriləcəyi bildirilir.

RƏYLƏR