İran prezidentinin qardaşı həbs olunub

OXUNUB: 901 DÜNYA

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun həbs olunub.

İcmal.Az  RİA "Novosti"yə istinadən xəbər verir ki, prezidentin qardaşı maliyyə cinayətlərində təqsirli bilinir.

Məlumata görə, H.Fereydunla yanaşı onunla əlbir olan bir neçə nəfər də tutulub. Hələlik cinayətin təfərrüatları açıqlanmayıb.

Qeyd edilib ki, H.Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.
 
 
 
İcmal.Az

RƏYLƏR