İran və ABŞ 4 məhbusun mübadiləsi barədə razılığa gəliblər

OXUNUB: 272 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İranın Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan yarı rəsmi "Noor News” xəbər saytının məlumatına görə, İran və ABŞ arasında məhbus mübadiləsinə dair razılıq əldə olunub. Xəbərdə İranda 4 məhbusun ABŞ-da 4 məhbusla dəyişdirilməsi və digər ölkələrdəki sanksiyalar səbəbilə İranın pullarının sərbəst buraxılması ilə bağlı razılığın əldə edildiyi bildirilib.


RƏYLƏR