İranda azərbaycanlılar azadlıqdan məhrum edildi

OXUNUB: 750 HADİSƏ
İranda üç nəfər xristian azərbaycanlı 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə məlumatı İranın İnsan Hüquqları Mərkəzi yayıb.

Mənbəyə əsasən, yenicə xristianlığın protestant məzhəbini qəbul etmiş üç nəfər milli təhlükəsizliyə qarşı hərəkətlərdə ittiham ediliblər. Bununla birlikdə, hüquq müdafiəçilərinin sözlərinə görə, onların günahlarını sübut edəcək heç bir dəlil yoxdur.

İnsan Hüquqları Mərkəzi qeyd edir ki, 2017-ci ilin aprel ayından bəri İranda xristianlığı qəbul etmiş 16 nəfər həbs edilib. Onlar 5 ildən 15 ilədək müxtəlif həbs cəzalarına məhkum olunublar.

Hüquq müdafiəçiləri vurğulayır ki, son zamanlar İranda xristianların izlənilməsi faktları çoxalıb. Bunun ən bariz nümunəsi isə İrana xristian dostlarının dəvəti ilə gəlmiş 3 Azərbaycan vətəndaşının həbsi olub.

Yusif Fərhadov, Eldar Qurbanov və Bəhram Nəsibov 2016-cı ilin iyun ayının 24-də İranın təhlükəsizlik orqanları tərəfindən Tehranın yaxınlığında yerləşən Əndişə şəhərində dostlarının təşkil etdiyi tədbirdə saxlanılıblar.

Azərbaycanın Bakı şəhərində yaşayan Yusif Fərhadov, Eldar Qurbanov və Bəhram Nəsibov, eyni zamanda İran vətəndaşı Naser Navard Gültəpə həbs olunublar.

Azərbaycan vətəndaşları bundan az sonra bütün dünya üzrə xristian cəmiyyətlərinin topladığı böyük məbləğdə girov müqabilində azadlığa buraxılmışdılar./virtualaz.org
 
İcmal.Az

RƏYLƏR