İranda baş vermiş zəlzələdə 16 nəfər yaralanıb

OXUNUB: 864 DÜNYA

Bu gün səhər İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.

 Yeraltı təkanların episentri Nəhavənd şəhərinin 4 kilometrliyində yerləşən Kuhani kəndinə təsadüf edib və 2 km dərinlikdə olub.

 

Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib. İnsanlar qorxaraq küçələrə axışıb. Müxtəlif səbəblərdən 16 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.

 

Nəhavənd şəhərində bütün təhlükəsizlik qüvvələri və xilasedicilər hazırlıq vəziyyətinə gətirilib./apa

 

 

 

İcmal.Az

RƏYLƏR