İranda etirazlar böyüyür: Qum vilayətində 50 nəfər SAXLANILDI

OXUNUB: 239 Özəl DÜNYA
Qum İnqilab Keşikçiləri Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyinin açıqlamasında, saxlanılan şəxslərin sosial media vasitəsilə əyalətdə etiraz aksiyaları təşkil etdiyi qeyd edilib.

7NEWS.az xəbər verir ki, İranın Qum vilayətində Məhsa Əminin ölümündən sonra başlayan etiraz aksiyalarını təşkil etdiklərinə görə 50 nəfərin saxlanıldığı bildirilib. Yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, Qum İnqilab Keşikçiləri Ordusunun (DMO) İctimaiyyətlə Əlaqələr Bölməsi əyalətdə etiraz aksiyaları təşkil etmək və sosial media vasitəsilə hökumət əleyhinə vərəqələr yaymaqda günahlandırılan 50 nəfərlik bir qrupun nəzarətə alındığını açıqlayıb.

7NEWS.az

RƏYLƏR