İranda keçirilən etiraz aksiyalarında orta məktəb şagirdləri də iştirak edib

OXUNUB: 245 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İranda 22 yaşlı Məhsa Əmininin hicabını düzgün geyinmədiyi səbəbilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ilə başlayan etirazlara orta məktəb şagirdləri də qoşulub. Sosial şəbəkələrdə paylaşılan videolarda məktəbli formasında lisey şagirdlərinin hicablarını çıxararaq silkələdiyi və dini qurumlara qarşı şüarlar səsləndirdiyi görünür. Kərəc və Şiraz şəhərlərində onlarla məktəbli qız əsas yolu bağlayıb və hicablarını silkələyib.

7NEWS.az

RƏYLƏR